Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Almaniyanın Münhen şəhərində keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan mediasının nümayəndələrinə müsahibə verib.
Müsahibə zamanı Prezidentə sual ünvanlayan jurnalistlər arasında Anews Televiziyasını təmsil edən, əslən Faxralı kəndindən olan Orxan Amaşov da yer alıb. O, konfrans çərçivəsində keçirilən media dialoqunda iştirak edərək dövlət başçısına sual ünvanlayıb.
Qeyd edək ki, Orxan Amaşov ixtisasca hüquqşünasdır və ali təhsilini Böyük Britaniyada alıb. O, uzun müddət xaricdə yaşayıb və fəaliyyət göstərib, hazırda isə Azərbaycanda yaşayır və peşəkar fəaliyyətini davam etdirir. Hüquq və ictimai-siyasi mövzularda analitik yazılarla çıxış edir, tarix, ədəbiyyat və beynəlxalq proseslərlə bağlı araşdırmalar aparır. Beynəlxalq mühitdə tanınan azərbaycanlı mütəxəssislərdən biridir.
Orxan Amaşov tanınmış jurnalist və ictimai xadim Əflatun Amaşovun oğludur.


