Professor Əflatun Həsənov Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olundu

19 sentyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında təltif olunan şəxslərdən biri də Faxralı kəndinin nümayəndəsi Əflatun Mürsəl oğlu Həsənovdur.

Qeyd edək ki, Ə.Həsənov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, BP şirkətinin konsultantı, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun vitse-prezidenti və eyni zamanda professordur.

Faxrali.com saytı adından onu təbrik edir və işlərində uğurlar arzu edirik.

Cavanşir Hüseynov, Faxrali.com

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur