Həmyerlimiz Professor Doktor Etimad Eyvazlının nüfuzlu elmi jurnalda məqalələri çap olunmuşdur

“Elsevier” adlı elmi jurnalda Karabük Ünivetsitetinin Professor Doktor Etimad Eyvazlının 2 elmi məqaləsi çap olunmuşdur.

Bu tipli məqalələrə Avropada Q2 səviyyəli SCI məqalələr deyirlər. Fərəhli haldır ki, Türkiyə Cumhuriyyəti buna görə məqalənin müəllifinə böyük miqdarda mükafat vermişdir.

Adətən məqalələrin bu tip jurnallarda çap olunması rəqabət səbəbindən 1-3 il çəkməyinə baxmayaraq, bu ilin oktyabr ayında Almaniyanın “Springer” adlı elmi jurnalında müəllifin 3-cü məqaləsinin çap olunması gözlənilir.

Məqalələrin hər biri 10 səhifədən ibarətdir (baş səhifələr aşağıda göstərilir).

Qeyd edək ki, azərbaycanlı alimlərinin belə jurnallarda məqalərinin çap olunması dərəcəsi çox aşağıdır. Bu nailiyyətlərə görə həmkəndlimiz Etimad Eyvazlını təbrik edir, ona yeni-yeni elmi uğurlar arzu edirik!

Faxralı.com (27.07.2020)

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur