Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş yarışda Faxralı idmançıları qələbə qazanıblar

15 Avqust 2021-ci il tarixində Bakı şəhərində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş AKF Xəzər rayon Vətən Kikboksinq klubunun təşkil etdiyi yarışda əslən Faxralı kəndindən olan idmançılar da iştirak etmişdir.

Nurlan Bayramov bütün rəqiblərinə qalib gələrək 1-ci yerə cıxmış və qızıl medala sahib olmuşdur.

Digər iştirakçı Hikmət Hüseynov 2-ci yerə sahib olmuşdur.

Qeyd edək ki, Nurlan və Hikmətin məşqçisi Habil Məsimovdur. İdmançılarımızı təbrik edirik. Gələcək yarışlarda da uğurlar arzu edirik.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur