Əslən Faxralı kəndindən olan qrafik rəssam Söhrab Əli oğlu Hüseynovun 65 illik Yubileyinə həsr olunan xatirə sərgisi keçiriləcək

Əslən Gürcüstanın Faxralı kəndinin Yahalar nəslindən olan qrafik rəssam Söhrab Əli oğlu Hüseynovun 65 illik Yubileyinə həsr olunan xatirə sərgisi keçiriləcək.

Sərginin açılışı 20 oktyabr saat 16:00-da Rəssamlıq İttifaqının Bakı şəhəri, Xaqani küçəsi 43 ünvanında yerləşən V. Səmədova adına Sərgi Salonunda keçiriləcək. Daha sonra tədbir 21-22 oktyabr tarixlərində saat 11:00-dan 19:00-dək davam edəcək.

Qeyd edək ki, sərgi Söhrab Hüseynovun qızı, peşə davamçısı Günel Söhrab qızı Hüseynovanın təşəbbüsü ilə, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Söhrab Hüseynov əslən Faxralıdan olub 1957-ci ildə Bakı şəhərində anadan olub, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini 1976-cı ildə fərqlənmə diplomu ilə bitirib. 1981-86-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında qrafika ixtisası üzrə təhsil almışdı.

1983-cı ildən sərgilərdə iştirak edib. Əsərləri Bakı, Tiflis, Omsk, Alma-ata və Moskva şəhərlərində nümayiş etdirilib.

1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzv olub. Qrafikanın ofort, linoqravyur, ksiloqrafiya texnikasında işləyib.

1987-97-ci illərdə Azərbaycan Dövlət İncəsənət institutunda qrafikanın tədrisi ilə məşğul olub.

63 yaşında haqqın rəhmətinə qovuşan Söhrab Hüseynov arxada yaddaşlarda gözəl xatirələrlə xatırlanan epizodlar, sənətini sevərək davam etdirən övlad, gələcək nəslin faydalanacağı əsərlər buraxıb. Həyatda olsaydı 65 Yubileyini keçirəcək bir insanı anımla xatırlayır, Allahdan cc rəhmət, məkanının Cənnət olmasını, ruhunun şad olmasını diləyirik.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur