Şair Nəbi ocağında Faxralının keçmiş şairlərindən Güllər Pərinin anım günü tədbiri keçirilmişdir

Keçən ay Faxralı kəndində böyük təntənə ilə açılışı keçirilən “Şair Nəbi ocağı” iştirakçıların dəstəyi ilə yeni tarix yazdı. Tədbirin aparıcısı Faxralı şairlərindən Məmməd Lahıcoğlunun fədakarlığı ilə tamamlanan tədbir Faxralı tarixinin yeni bir səhifəsini işıqlandırdı.

Açılışdan sonra ilk tədbir olaraq “Şair Nəbi ocağı”nda yenə Məmməd Lahıcoğlunun rəhbərliyi ilə Faxralının keçmiş şairlərindən şairə Güllər Pərinin anım günü tədbiri keçirilmişdir.

Tədbirdə elimizin şairləri və ozanları iştirak edərək çıxışları ilə töhfələrini verib.

Şairlərdən Fatma Əliyeva, Səlminaz Əsədullah qızı, Söhbəddin Məmmədov, Hüseyin Faxralı, Cəlal Yovşanlı, gənc şair Ayaz Ələkbərov öz çıxışlarında Güllər Pərinin həyat və yaradıcılığından danışıblar.

Şərəfli yükü öz öhdəsinə götürən şair Məmməd Lahıcoğluna, öz iştirakları ilə tədbir rənginə rəng qatan şair və şairələrimizə, həmçinin tədbirin çəkilişlə arxivləşərək gələcək nəsilə çatdırılmasına dəstəyini əsirgəməyən Dünyamalı Məmmədova təşəkkür edirik.

Ümid edirik buna bənzər tədbirlər davam edərək Faxralı mədəniyyətində, təhsilində yüksəlişə səbəb olacaq.

27.07.2025, Faxralı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur