Fatma Aslan qızı Əliyeva (Aslan)

Fatma Aslan qızı Əliyeva (Aslan)

BORÇALIMIZIN ASLAN QIZI Fatma Aslanın müəllifi olduğu kitablar və yazdığı şeirləri barədə məlumatlara müvaiq linklərdən baxmaq olar. Artıq tarixə çevrilən 2010-cu ilin ədə­bi həyatında baş verən yaddaqalan ha­disələrdən biri də Fatma Aslanın “Göy üzündə gəzən bulud” adlı ilk şe­ir­lər kita­bı­nın işıq üzü görməsi oldu. Çağ­daş Azər­baycan poeziyasının Gür­cüs­tanda yaşayıb-yaradan iste­dad­lı nüma­yən­dələrindən biri sayılan Fatma Aslanın 

Ətraflı
Arif  Bayraməli oğlu Bədəlov (kimya elmləri namizədi)

Arif Bayraməli oğlu Bədəlov (kimya elmləri namizədi)

QISA MƏLUMAT Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının “Bioloji Tədqiqatlar Mərkəzində” əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya İnstitutunda (Moskva şəhər) tədqiqat

Ətraflı
Sabir Ömər oğlu Ömərov (elmlər namizədi)

Sabir Ömər oğlu Ömərov (elmlər namizədi)

QISA MƏLUMAT Sabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-1980-cı illərdə Azərbaycan EA Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının

Ətraflı
Adil Muxtar oğlu Həsənov

Adil Muxtar oğlu Həsənov

KÖKÜNƏ TAPINAR DÜŞÜNƏN, QANAN İndiyədək Faxralının işıqlı zi­ya­lılarından – təkcə bu kəndi deyil, bü­töv­lükdə Borçalını onun hüdud­ların­dan kənarlarda da ləyaqətlə təm­sil edən, onun şöhrətini daha da ucaldan oğul və qızlarından çox yaz­­mışam. On­ların arasında heç üz­­lə­­rini belə gör­mədiklərim – mən­dən çox əvvəl yaşa­yanlar da olub, mənə dərs de­yən­lər də, yaşıdlarım və cavanlar da. Və hər

Ətraflı
Rəşid Mehrəli oğlu Qasımov (fizika-riyaziy­yat elmləri namizədi)

Rəşid Mehrəli oğlu Qasımov (fizika-riyaziy­yat elmləri namizədi)

QISA MƏLUMAT Rəşid Mehralı oğlu Qasımov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır.  BDU-nun “Ali riyaziyyat” kafedrasının dissertantı olmuş və 1996-cı ildə Azərbaycan

Ətraflı
Binnət Əli oğlu Məmmədov

Binnət Əli oğlu Məmmədov

DÜNYANIN DƏRDİNƏ SALAM VERƏN QƏLƏM DOSTUM 2015-ci ildə  milli mətbuatı­mı­zın ya­ran­­ma­sının 140 illiyi tamam oldu. Azər­baycan Respub­likasının Przeidenti cənab İlham Əli­yev bu yubileyin ölkəmizdə ge­niş şəkildə qeyd olunması üçün ayrıca sə­rən­cam imzaladı və bu münasibətlə silsilə təd­birlər həyata ke­çirildi. Təbii ki, bu bay­ram ərəfəsində mən də yaxından tanıdı­ğım, dost­luq münasibətində olduğum jur­na­list­ləri təbrik elə­dim. Ancaq

Ətraflı
Tariyel Əhmədəli oğlu Əliyev

Tariyel Əhmədəli oğlu Əliyev

Tariyel Əhmədəli oğlu Əliyev 15 dekabr 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Kəndin “Alıöyü” nəslindəndir. 1972-ci ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1982-ci ildə tam orta təhsilini əla və yaxşı qiymətlərlə başa vurub. Mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Ömür” adlı şeirində yazırdı: Yaşamaq yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır.

Ətraflı
Sərdar Yusub oğlu Qasımov (fizika-riyaziyyat elimləri namizədi)

Sərdar Yusub oğlu Qasımov (fizika-riyaziyyat elimləri namizədi)

QISA MƏLUMAT Sərdar Yusif oğlu Qasımov 1955-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini bitirərək ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-ci ildə oranı bitirmiş və Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır. 1983-cü ildə Kibernetika institutunda hesablama riyaziyyatı ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. 1992-ci ildə Kibernetika İnstitutunda dissertasiya müdafiə etmiş,

Ətraflı
Musa Eyvaz oğlu Məmmədov

Musa Eyvaz oğlu Məmmədov

ÖLÜM YALAN SÖZDÜ… Əli Kəlbəcərlinin (Əli Qurbanovun) gözəl bir şeiri var: Kim qurban eylməz dosta yağını, Yedirtməz bağrının dosta yağını? Qoysun gözüm üstə dost ayağını, Dolaşım ellərdə ay şişə-şişə. Haqqında söz açdığım Musa Məmmədov da həqiqətən ca­nında yağı olan dost idi, etibarlı, sədaqətli yoldaş idi. Biz onun­la həddindən artıq yaxın olmuşuq. 10 il bir sinifdə

Ətraflı
Teymuraz Muxtar oğlu Hüseynov

Teymuraz Muxtar oğlu Hüseynov

XATİRƏYƏ DÖNƏN ÖMÜR Bu yazını başlamazdan öncə xə­yal mə­ni bir neçə on illik əvvələ apar­­dı. Doğ­ma Fax­ralı, qay­ğısız uşaq­­­­lıq illə­ri­miz və bir də o illərin dostları yenidən gözlərim önündən keçdi. Aman Allah, illər necə də tez ke­çi­rmiş. İndi ömrün altıncı onil­li­yindən o illərə boylananda adam bir az uşaq­laşır, bir az  kövrəlir, bir az da… Yaxşı

Ətraflı
Firəngiz xanım Hüseynova

Firəngiz xanım Hüseynova

“SEVGİ ILƏ BAŞ-BAŞA NURDU, NUR İNSAN” Hər ömrün öz rəngi var. Bu rənglər o qə­dər çalarlı və zəngindir ki, ona baxanda insan ömrünün müx­təlif anları yada düşür. Rənglər aləmi həm də insanın dərin düşün­cəsindən, fəl­səfi duyu­mun­dan və gələcəyə nikbin baxı­şından xəbər verir. İnsanın içinə, varlığına və dünyasına hopur. İnsan bu rəngləri yaşadaraq daha gözəl və

Ətraflı
Səlim Nadir oğlu Həsənov

Səlim Nadir oğlu Həsənov

 “QIZILDAN- GÜMÜŞDƏN, ZƏRDƏN, ZİBADAN, İNSANIN BİR TƏMİZ ADI GÖZƏLDİR” Hər kəsə öz eli-obası, doğulub boya-başa çatdığı yer doğmadır, əzizdir deyənlər nə qədər haqlıdır. İnsan dünyanın harasında yaşa­­ma­sın­dan asılı olmayaraq həmişə öz doğma yurdu ilə fəxr edir. Hətta bəzən müəyyən səbəblərdən sənə doğma olan yerlərə illərlə baş çəkə bil­məsən də, bu məhəbbət azalmır. Eldən-obadan bir xoş

Ətraflı
Etimad Bayram oğlu Eyvazlı (Karabük Ünivetsitetinin Prof.Dr.)

Etimad Bayram oğlu Eyvazlı (Karabük Ünivetsitetinin Prof.Dr.)

Etimad Eyvazlı:  “Şəcərə (Ayvaz öyü, Hasan öyü, Əhməd öyü)” QISA MƏLUMAT Etimad Bayram oğlu Eyvazlı 1951-ci il martın 14-də  Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958 –  1968-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) mexanika fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunun Xüsusi Layihə Konstruktor Texnoloji bürosunda müxtəlif vəzifələrdə

Ətraflı
Həsən Nəsib oğlu Həsənov

Həsən Nəsib oğlu Həsənov

SƏNƏTDƏ TƏSADÜF YOXDUR Teatr mədəniyyətin elə bir qo­ludur ki, bəlkə də bura təsa­düfən gəlib düşmək olar, ancaq heç vaxt böyük sənətdə qeyri-adi bir iz qoymaq müm­kün deyil. Yə­ni insana Allah-Təala əvvəl­cədən istedad ver­mə­sə, nə həmin insandan şair çıxar, nə rejissor olar, nə də böyük aktyor kimi formalaşa bilər. Deməli, onda məntiqi təfəkkürə söy­kənsək, belə nəticə

Ətraflı
Məmməd Məmmədəli oğlu İbrahimov (elmlər namizədi)

Məmməd Məmmədəli oğlu İbrahimov (elmlər namizədi)

QISA MƏLUMAT Məmməd Məmmədəli oğlu İbrahimov 1948-ci il aprel ayının 15-də Faxralı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə Marneuli şəhər interant məktəbində almış və 1966-cı ildə orta məktəbi bitirmişdir. 1967-ci ildən Sumqayıtda Boru yayma zavodunda çilingər işləmiş, 1971-1973-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən zavodun göndərişi ilə Dnepropetrovsk şəhərində Metallurgiya

Ətraflı
Bahəddin Alı oğlu Nəbiyev (elmlər namizədi)

Bahəddin Alı oğlu Nəbiyev (elmlər namizədi)

QISA MƏLUMAT Bahəddin Alı oğlu Nəbiyev 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955– 1966-cı illərdə Faxralı orta məktəbini bitirmişdir. Bahəddin Nəbiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bahəddin Nəbiyev bir il Əli Bayramlı şəhərində 5 saylı orta məktəbdə kimya müəllimi işləmişdir.

Ətraflı
Vəkil İsrafil oğlu Abbasov

Vəkil İsrafil oğlu Abbasov

SEVƏN ÜRƏKLƏRDƏSƏN, AY VƏKİL HƏKİM! Bəkiroğlu Nəbi oxuyan zaman, Bülbül mat qalardı, susardı kaman, Aşıq Nəsibimin barmaqlarından, Qopan “zarıncı”dır, “Şur”dur Faxralı. Dünyamalı Kərəm Gürcüstanın Əməkdar jurnalisti, “Şərəf” nişanı ordenli Dünyamalı Kərəmin vəsf etdiyi doğma Faxralının tərənnümə layq övladlarından biri də ömrünü insanların sağlamlığının keşiyində dayanmaq kimi müqəddəs bir işə həsr etmiş rəhmətlik Vəkil Abbasov idi.

Ətraflı
Ələddin Musa oğlu (Dəmirçi)

Ələddin Musa oğlu (Dəmirçi)

Ələddin Dəmirçinin şeirlərindən nümunələr GETMƏZ SİNƏMİZDƏN BU DAĞIN, FƏLƏK Düzü, əvvəllər onun şeir yaz­dı­ğını bilmir­dim. Amma bilir­dim ki, özü­nün sadə və halal zəhməti ilə dola­nan ləyaqətli eloğ­lularımdan biri­dir. Onu da bilirdim ki, bu gün az-az rast gəlinən bir sənətin sahibidir – də­mirçidir. Bu yaxınlarda isə öy­rəndim ki, sən demə, böyük fiziki güc, iradə və mətanət

Ətraflı
Bayraməli Gülməmmədov

Bayraməli Gülməmmədov

HƏQİQƏT YOLUNDAN DÖNMƏSƏ, HƏR KƏS ÇATAR ARZUSUNA, DİLƏYİ SÖNMƏZ… Məqaləyə böyük Sədi Şirazinin po­ezi­ya­sın­­dan bu nümunəni sərlövhə seç­məkdə yanıl­ma­dığımı düşünürəm. Çünki həqiqə­tən bu mə­qa­lədə haq­qın­da söz açdığım eloğ­­lum Bay­ra­məli Gülməm­mədov həqi­qət yolunun yolçusu, cə­miy­­­yət içində hə­mi­şə özünün yerini bilən tərəq­qipərvər ziyalıdı. “Ot kökü üstə bitər” deyib müdrik­lə­ri­miz. Nəcabətli bir nəslin övladı olan Bay­ram­əli Gülməm­mədov hər şeyin

Ətraflı
Allahyar Niyazi oğlu Qasımov

Allahyar Niyazi oğlu Qasımov

HARADA NUR VAR, MƏN DƏ VARAM Bəzən illər ötür, bu il­lərin öt­düyünü han­sısa insanın həya­tında və ta­le­yində dərindən hiss eləyə bilmirsən. Hiss eləyə bil­mirsən ki, bu günlər, illər həmin adamın ömründə necə iz qoyub. Amma elə insanlar da var ki, nəinki aylar, illər, hətta həftələr və günlər onun hə­yatında silin­məz və əbədi izlər qo­­­yur. Yəni,

Ətraflı
Yusif Əli oğlu Musayev (elmlər namizədi)

Yusif Əli oğlu Musayev (elmlər namizədi)

QISA MƏLUMAT Yusif  Əli oğlu Musayev 1942-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1948 – 1958-ci illərdə  Faxralı orta məktəbini bitirib, Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu bitirmiş, təyinat üzrə “Bakelektroştamp” zavodunda mühəndis-texnoloq işləmişdir.  1965-1968-ci illər ərzində Azərbaycan Politexnik institutunun “Maşın detalları və yükqaldıran-nəqlədici maşınlar” kafedrasında assistent işləmişdir. 1968-1971-ci illərdə Moskvada SSRİ

Ətraflı
Qədir Mənsur oğlu Babaşov

Qədir Mənsur oğlu Babaşov

İŞIQLI HƏR BAXIŞ MÜKAFATINDIR İnsanın ən ağır günündə ona şə­fa verən, sağlamlığının keşiyində duran həkimə, təbibə böyük ehti­yacı var. Əgər bir adam xəstə­lə­nərsə, o həmin anda göydə Allah­dan, yerdə isə həkim­dən şəfa is­təyir. Adətən deyirlər ki, insana şəfanı da,  bəlanı da verən Allahdır. Həkimlər də deyirlər ki, Allahın izni və köməyi olmadan biz heç bir

Ətraflı
Məmmədəli Zəngin (Novruzov)

Məmmədəli Zəngin (Novruzov)

GÖYLƏRİ SEYR ETSİN ŞEİR VƏ SƏNƏT Məmmədəli Zəngin (Novruzov) – 1940-cı ildə Ulu Borçalının saz söz oylağı Faxralı kəndində anadan olmuşdur. Məmmədəli Zənginin şeirləri tərəfi­miz­dən toplanıb, 1997-ci ildən bəri dəfələrlə haqqında məlumat verilib, şeirləri dərc edi­lib. Məmmədəli özünə Zəngin ləqəbi seç­miş­dir. Zəngin ləqəbi onun yaradıcılığını po­etik şəkildə əks etdirir və yazdığı bütün şeir­lərdə özünü doğruldub. Yazdığı

Ətraflı
Şair Hamlet Kazımoğlu

Şair Hamlet Kazımoğlu

Hamlet Kazımoğlu 1970-ci ildə Faxralıda anadan olmuş və ürək çatışmazlığı nəticəsində 2001-ci ildə rəhmətə getmişdir. Texniki Univesitetı bitirib (1989). AVP Mərkəzi aparatında işləyib. Azərbaycan poezıyasınm yeni nəslinin ümidverici gənçlərindən olub. Gənc şairlər arasında keçirilən şeir müsabiqəsinin qalibi olub (1997). “Ağ çadır” şeirlər kitabı nəşr olunub (B. 1997). Hamlet Kazımoğlunun şeirlərindən nümunələrə buradan tanış olmaq olar.

Ətraflı
Ələddin Nəsib oğlu Həsənov

Ələddin Nəsib oğlu Həsənov

Təqribən 20-ci əsrin 70-80-ci illərində Gürcüstan radiosunda “Danışır Tbilisi!” kəlməsi Faxralının dəyərli oğlu Ələddin Nəsib oğlu Həsənovun səsi ilə aləmə yayılırdı. Bu,  Gürcüstan azərbaycanlıları üçün doğma, əziz, sehirli bir səs idi. İnsanlar hər gün bu ecəzkar səsi eşitmək üçün səbirsizliklə gözləyir,  radionun qabağına toplaşaraq respublikada və dünyada baş verən proseslərə, paeziya nümunələrinə və digər maraqlı

Ətraflı
Sabir Məhəmməd oğlu İsgəndərov (elmlər namizədi)

Sabir Məhəmməd oğlu İsgəndərov (elmlər namizədi)

QISA MƏLUMAT Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı orta məktəbini bitirmiş və  1960 – 1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.  1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunun aspiranturasına qəbul olunmuş və  sonra Moskva Hidromeliorasiya İnstitutuna göndərilmişdir.Aspiranturada oxuduğu zaman Moskva xalq universitetinin texnika və iqtisadiyyat kursunu bitirmişdir. 1973-cü ildə Moskva Hidromeliorasiya institutunda “Çay axımının mürəkkəb növ

Ətraflı
Nadir İsa oğlu Qurbanov (elmlər namizədi)

Nadir İsa oğlu Qurbanov (elmlər namizədi)

QISA MƏLUMAT Nadir İsa oğlu Qurbanov 1940-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə hərbi hissədən tərxis olunduqdan sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin fakültəni bitirmişdir. 1974-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. 1983-cü ildə Moskva

Ətraflı
Aslan Nəbi oğlu Poladov (elmlər namizədi)

Aslan Nəbi oğlu Poladov (elmlər namizədi)

QISA MƏLUMAT Aslan Nəbi oğlu Poladov 1939-cu il yanvarın 2-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1959-1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1961-ci ildə  BDU-nun əmtəəşünaslıq fakültəsinə qəbul olunmuş və 1966-cı ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. A.Poladov  əmtəəşünas kimi Azərbaycan Dəmir Yolu İdarəsində əmək fəaliyyətinə başlamışdır. Lakin elmə

Ətraflı
Əli Şaban oğlu Qurbanov

Əli Şaban oğlu Qurbanov

QARA TORPAĞINA  SÜRTDÜM ÜZÜMÜ Faxralıya qonaq gəlib qalmasan, Qohum-qonşu haray salar, el qınar. “Misri” üstə Koroğludan çalmasan, Sədəfli saz, şüşə barmaq, tel qınar. Əjdər Ağayev Əli Şaban oğlu Qurbanov 1939-cu ildə qonaqpərvər, tə­biət gözəlliyi ilə dünyaya mey­dan oxuyan bir eldə anadan ol­muş­dur. Həmin ildə Faxralı elin­də bu işıqlı aləmə gələn öv­lad­ların sayı da çox olub.

Ətraflı
Qurban Bayraməli oğlu Piriyev

Qurban Bayraməli oğlu Piriyev

…DÜNYADAN NƏ GÖZƏL BİR İNSAN GEDİR Yəqin diqqətli oxucunun nə­zə­rindən yayın­ma­yıb ki, hər dəfə Faxralıdan, faxralılardan ya­zanda vur­ğulayıram ki, bu elin yetir­mə­lərinin so­ra­ğı çoxdan Borçalının hü­­dudlarını aşaraq Azər­baycana və bütün türk dünyasına yayılıb. Tə­­bii ki, bu kəndin hər bir övladı kimi, həm­yer­lilərimin uğurundan mən də böyük iftixar hissi keçirir və hər yazımda bunu dönə-dönə vur­­ğula­maqdan

Ətraflı
İsa Səməd oğlu Babaşov (texnika elmləri namizədi)

İsa Səməd oğlu Babaşov (texnika elmləri namizədi)

QISA MƏLUMAT İsa Səməd oğlu Babaşov 1939-cu il avqust ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra AzPİ-nin mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1965-ci illərdə orduda xidmət etmiş, tərxis olunduqdan sonra Azərbaycan Politexnik İnstitutunun metallurgiya kafedrasında müəllim işləmişdir. 1968-1971-ci illərdə

Ətraflı
Oruc Abbas oğlu  Şərifov

Oruc Abbas oğlu Şərifov

ZƏHMƏTDİ TƏRƏQQİNİN YOLU ƏZƏLDƏN Böyük Azərbaycan şairi Şəh­riyarın belə bir misrası var: Zəhmətə arxalan, işə güvən sən, Budur tərəqqinin yolu əzəldən… Həqiqətən, zəhmətə qatlaşan, əziy­yət çə­kən və gecə-gündüz yu­xu­suna haram qatan adam nə vaxt­sa həyatında bir inkişaf hiss edə­cək. Hiss edəcək ki, günlərin birin­də çəkdiyi zəhmət yer­də qal­mayıb və arzuladığı məqama doğru bir ad­dım da

Ətraflı
Ələddin Bayraməli oğlu İmanov (elmlər namizədi)

Ələddin Bayraməli oğlu İmanov (elmlər namizədi)

QISA MƏLUMAT Ələddin Bayraməli oğlu İmanov 1938-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1946 – 1957-ci illərdə Faxralı orta  məktəbini bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə təyinatla Moskva şəhərindəki Qapalı Ümumittifaq Elmi Tədqiqat Elektromexanika institutuna göndərilmişdir. O, burada elmi işlə məşğul olmuş, 1972-ci ildə dissertasiya işini

Ətraflı
Bahəddin Mehrəli oğlu Həsənov

Bahəddin Mehrəli oğlu Həsənov

BAĞRIM OLUR  ŞANA-ŞANA, BORÇALIM Faxralının tanınmışlarından, bu kəndin şöh­rətinin üstünə şöhrət gəti­rən oğullarından söhbət açılanda ilk olaraq yadıma düşənlər Faxralıya tac olan oğullardır. Və hər dəfə belə oğul­ları xatır­la­yan­da istər-istəməz bir məş­hur deyimi xatırla­yı­ram: oğul var ata­sına görə tanınar, ata var oğluna görə. Oğul da var mahalı tanıdıb. Belə oğullar xoşbəxt bəndələrdən olub ki, ata-anasının,

Ətraflı
Sabir Alı oğlu Budaqov

Sabir Alı oğlu Budaqov

VAR-DÖVLƏT DOST DEYİL, DOST VAR-DÖVLƏTDİR Başqalarını bilmirəm, amma qə­ləm adamları yəqin mənimlə ra­zı­laşar ki, bəzən ən yaxından tanı­dığın, insanlığına, xeyir­xah­lı­ğına bə­­ləd olduğun, səmimiyyətinə vu­rulduğun ən doğma adam haqqında nəsə yazmaq elə də asan olmur. Nə qədər ki, əli­nə qələm götürüb düşüncələrini vərəqlərə köçürməyə başla­ma­mısan düşünürsən ki, sənə bunca doğma və əziz olan bir in­san haqqında yazmağa

Ətraflı
Mustafa Rəhim oğlu Hüseynov

Mustafa Rəhim oğlu Hüseynov

SƏRT QAYALAR  ƏYİLMƏZ Kİ, ƏYİLMƏZ Maksim Qorkinin gözəl bir fikri var: “Gə­ləcək təmiz adam­lara məxsusdur”. Bu sözün də­rinliyinə enəndə hiss edir­sən ki, həqiqətən də dünyanın ən çətin anında, ən ağır vəziy­yətində tə­miz və yaxşı insanlar onu çiy­nin­də daşıyır. Yəni bu in­sanlar is­tə­məyiblər ki, dünyamızda mizan-tərəzi pozulsun, haqq-ədalət ayaq altına atılsın, gecələr-gündüzü üstələsin. Əlbəttə, insanın ürəyi

Ətraflı
Sabir Məcid oğlu Aşırov

Sabir Məcid oğlu Aşırov

Sabir Məcid oğlu Aşırov 1955-ci il dekabr ayının 17-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Aşırlı” nəslindəndir. 1963-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1975-1977-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətdən tərxis olunduqdan sonra, 1978-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun hüquq

Ətraflı
Almaz Əmirxan oğlu Aşırov

Almaz Əmirxan oğlu Aşırov

Almaz Əmirxan oğlu Aşurov 1958 – ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Aşırlı” nəslindəndir. 1975-ci ildə Faxralı kənd orta məktəbini bitirib; 1976 – cı ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub; 1981-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirir. Elə həmin il təyinatla Cəlilabad rayonunun ucqar kəndlərindən birinə göndərilir. Üç

Ətraflı
Almas Abdu oğlu Mikayılov (elmlər namizədi)

Almas Abdu oğlu Mikayılov (elmlər namizədi)

DAMLADAN ÜMMANA Hər millət özünün dahiləri – alim­ləri, yazı­çı­ları, şairləri, sərkər­də­ləri və digər məş­hurları ilə ta­nı­nır. Xalq özü­nün tanın­mışları, ona şöhrət gətirən­ləri ilə fəxr edir. Və­tənə başucalığı olan belə insan­larla onların kiçik və­tən­lərində – do­ğu­lub boya-başa çat­dıqları kənd­də öyü­nənlər isə daha çox olur. Mənim boya-başa çatdığım Fax­­ralı kən­dində də el-obaya hər zaman başu­ca­lığı gətirənlər çoxdur.

Ətraflı
İmaməli Qurban oğlu Babaşov

İmaməli Qurban oğlu Babaşov

ƏSL MÜƏLLİM, XEYİRXAH İNSAN Müəllim təkcə o deyil ki, müvafiq sahədə təhsil alıb məktəbdə dərs deyir. Bu, olsa-olsa onun vəzifə borcunu yerinə yetirməsidir. Əsl mü­­əllim odur ki, ondan həmişə və hər yerdə öy­rə­nirlər. Sadəcə orta məktəb müəllimi olan­lar təd­ris etdiyi fənni öyrətməklə işini bitmiş hesab edirlər, adı hər zaman böyük hərflərlə yazılan müəllimlərdən isə insan

Ətraflı
Əli Mahmud oğlu Əlizadə (elmlər namizədi)

Əli Mahmud oğlu Əlizadə (elmlər namizədi)

QISA MƏLUMAT Əli Mahmud oğlu Əlizadə 1933-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1941- 1952-ci illərdə Faxralı orta məktəbini, 1953 –1958-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini  bitirmişdir. 1958 – 1962-ci illərdə Faxralı kəndindəki “Qələbə” kolxozunda baş baytar həkimi işləmişdir. 1962-ci ildə mərhum professor Məhəmməd Əsəd oğlu Mehtiyevin rəhbərliyi altında tədqiqat aparmış, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsinə layiq

Ətraflı
Hüseyn Dünyamalı oğlu Qurbanov

Hüseyn Dünyamalı oğlu Qurbanov

EL SEVƏNİ ALƏM SEVƏR İlhamıdı  coşqun çaylar, dənizlər, Saflığıdı  müqəddəslər, təmizlər. El  sevəni,  aləm  sevər,  əzizlər, Zaval yoxdu qiymətinə bu xalqın. Zəlimxan  Yaqub İnsanın ömrünü yaşadığı illərlə deyil, onun əməl­ləri ilə he­sab­layanlar nə qədər haqlıdırlar. Kim Tan­rının ona bəxş etdiyi ömür payını ləyaqətlə, kişi kimi yaşayaraq hələ sağlığında ikən könüllərdə özünə yuva qura bilirsə, o,

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur