Aysu Ramazanova Elmir qızı Respublika Fənn Olimpiadasında medal qazanıb

Əslən Faxralı kəndindən olan, Masazır 2 saylı orta məktəbin şagirdi Aysu Ramazanova Elmir qızı Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının final mərhələsi 18–19 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, eləcə də Naxçıvan Muxtar Respublikasında keçirilib. Final mərhələsində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, biologiya, coğrafiya və tarix fənləri üzrə yarışlar təşkil olunub.

Olimpiadada yuxarı yaş qrupu üzrə 672, aşağı yaş qrupu üzrə isə 901 şagird iştirak edib. Beləliklə, ümumilikdə 1573 şagird final mərhələsində öz bilik və bacarıqlarını sınayıb.

Aysu Ramazanova Elmir qızını qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək təhsil və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur