Səyyarə Əlizadə

Səyyarə Yolçu qızı Əlizadə 1950-ci ildə Faxralıda anadan olub. 1967-ci ildə Faxralı orta məktəbini, 1971-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstititunu (indiki İqtisad Universiteti) bitirib. Şeirləri mətbuatda dərc olunub.

SƏNDƏN AYRILA BİLMİRƏM

Xoş camallı, şirin sözlü,
Səndən ayrıla bilmirəm.
İpək telli, gülər üzlü,
Səndən ayrıla bilmirəm.

Gizlin-gizlin oda yandım,
Səni saflıq tacı sandım.
Sədaqətdi eşqin, andın,
Səndən ayrıla bilmirəm.

Təbiətin, bil, varısan,
Saf məhəbbət timsalısan.
Zirvələrin ağ qarısan,
Səndən ayrıla bilmirəm.

Heç bilmirəm haralısan,
Canım ilə tən yarısan.
Sən eşqimin vüqarısan,
Səndən ayrıla bilmirəm.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur